Boşandıqdan sonra qadın təkcə ümidi, inamı deyil, həm də saçlarını itirir. Çünki boşanma qadın orqanizmi üçün böyük bir stressdir.
“Medicina” xəbər verir ki, boşandıqdan sonra kişilər sürətlə kökəlirlər, qadınlar isə əksinə arıqlayırlar.
stər boşanma nəticəsində, istərsə də ölümündən sonra sevilən insandan yüksək ehtimalla ayrılması saçların tökülməsinə səbəb olur.
Case Western Reserve Tibb Məktəbinin plastik cərrahiyyə şöbəsinin müdiri doktor Baman Huron hesab edir ki, saç tökülməsi və boşanma arasında əlaqə ailə vəziyyətinin qadın psixikasına təsirindəndir.
“Yüksək ehtimalla deyə bilərəm ki, qadınlarda saç tökülməsinin səbəbi boşanma nəticəsində yaranan ağır stressdir. Uşaq sahibi olmaq kimi digər stresli hallar da qadınların saç düzümlərinə oxşar şəkildə təsir edir”.
Saç tökülməsinə stress və genetika ilə yanaşı, spirtli içkilərdən sui-istifadə və siqaret kimi amillər də təsir edir. Belə məlumatlar 84 cüt əkizləri müşahidə etdikdən sonra əldə edilib. Tədqiqat zamanı həkimlər onlardan qan və hormon testləri götürdülər. Bundan əlavə, onların saçlarına daim nəzarət edilirdi.
Əkizlər eyni genlərə sahib olduqları üçün bu tədqiqat üçün qəsdən seçilmişdilər. Bu, bir bacıda saç tökülməsi, digərində isə qalın saç düzümünün saxlanması halında genetik faktoru istisna etməyə imkan verir. Ümumiyyətlə, qadın nə qədər çox siqaret çəkirsə, bir o qədər çox saçı tökülür.
Bundan əlavə, dərisinin vəziyyəti də əhəmiyyətli rol oynayır. Diabet xəstələrinin saç tökülməsi ehtimalı daha yüksək idi. Ancaq müntəzəm olaraq qəhvə içən, günəşdən qorunan və xoşbəxt ailə quran qadınlar saç tökülməsindən az əziyyət çəkirdilər.
Aygün Musayeva