Botoksu icad edən həkim öldü

  • 22 Dek 2021 17:07
  • 514 Baxış
 Botoksu icad edən həkim öldü


Tibdə ilk dəfə botoksu müalicə üçün kəşf edən oftalmoloq həkim Alan Skott dünən 89 yaşında vəfat edib.

Medicina.az xəbər verir ki, ilk dəfə blefarospazma, çəpgözlük və alından baş ağrısının qarşısını almaq üçün botoksi təklif edən həkim bu maddənin qırışları hamarlayacağını bilmirdi.

Həkimin ölüm səbəbi sepsis kimi göstərilib.

Botoks – botulotoksin adlı toksiki maddədir, bu maddə Clostridium botulinu adlı bakteriyalar tərəfindən hasil olur. Bu bakteriyalar əzələlərin iflici və hətta ölümə də səbəb olur. Hətta II Dünya müharibəsi dövründə faşistlər bu maddədən bioloji silah kimi istifadə imkanlarını araşdırırdı.


İlk dəfə botulotoksinin təmizlənmiş variantından 1960-cı ildə oftalmologiyada istifadə olunub