Böyük sinə qadınlar üçün təhlükəlidir

  • 2023.07.21 21:38
  • 3807 Baxış
Böyük sinə qadınlar üçün təhlükəlidir
Qadınlarda həddindən artıq böyük döşlər hormonal dəyişikliklərdən qaynaqlana bilər. Böyük ölçü nə qədər cəlbedici olsa da, qadın sağlamlığı üçün təhlükəlidir. Böyük döşləri olan qadınlarda bel, boyun, çiyin ağrıları olur, duruş pozulur.



“Medicina” xəbər verir ki, mammoloq – onkoloq Aleksandr Soynovun sözlərinə görə, gigantomastiya qadın döşünün forma və çəki baxımından həddindən artıq böyük olduğunu göstərir.


“Qadınlarda gigantomastiyanı tam olaraq nəyin təhrik etdiyini söyləmək hələ də mümkün deyil. Alimlər etiraf edirlər ki, bu, genetik meyl səbəbindən baş verə bilər.

Qadınlarda təhlükəli dərəcədə böyük döşlərə hormonal dəyişikliklər, artıq çəki və endokrin pozğunluqlar, müəyyən dərmanlar qəbul etməsi səbəb ola biləcəyi də güman edilir.

Daim böyüyən qadın döşləri xərçəngə səbəb ola bilər. İndi döşlər bioloji proseslərin dəyişməsi səbəbindən daha erkən inkişaf etməyə başlayır. Üstəlik, belin həcmi ilə birlikdə sinə həcmi də artır. Bu dəyişikliklər döş xərçəngi nisbətlərinin artması ilə əlaqələndirilir.

Eləcə də menopauzadan sonra əlavə kilolar döş xərçənginə səbəb ola bilər. Qızlarda həmişəkindən daha tez baş verən yetkinlik, yetkin qadınlarda xərçəng riskini artırır.

Bundan əlavə, Amerika mütəxəssislərinin araşdırmaları nəticəsində məlum olub ki, qadınların döşləri də yağ toxumasında çökməyə meylli olan çirkləndiricilərdən əziyyət çəkir”.

Günay Quluzadə