Britaniya və Yaponiyada təhlükəli quş qripi yayılır

  • 2021.11.10 16:00
  • 1233 Baxış
Britaniya və Yaponiyada təhlükəli quş qripi  yayılır
Britaniyada və Yaponiyada yüksək patogenli quş qripi virusu aşkarlanıb

Vorvikşir qraflığında fermalardan birində quşlarda H5N1-ə yoluxma aşkarlanıb.

Virusun yayılmasının qarşısı almaq məqsədilə fermadakı bütün quşlar məhv ediləcək.

İngiltərənin bir neçə bölgəsində ev quşlarda quş qripi (H5N1) aşkar edildikdən sonra təsərrüfatlara və quşçulara biotəhlükəsizlik tədbirlərini gücləndirmələri ilə bağlı göstəriş verilib.

Rəsmi açıqlamada virusun ictimai sağlamlıq riskinin “çox aşağı” olduğu vurğulanıb.