Bu 4 xəstəlik orqanizmə ən çox zərər verir

  • 2026.04.17 18:54
  • 123 Baxış
Bu 4 xəstəlik orqanizmə ən çox zərər verir


Diabet, piylənmə, hipertoniya və aterosklerotik xəstəliklər ictimai sağlamlığa ən çox zərər verən xəstəliklərdir.

Medicina.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir Rusiya Səhiyyə İşçiləri Həmkarlar İttifaqının 4-cü qurultayında çıxış edərkən qeyd edib ki, Dövlət zəmanətləri proqramında yeniliklərə diqqət yetirməliyik. Bu, xəstəliklərin erkən aşkarlanmasına üstünlük verir.

Muraşko əsas diqqətin dislipidemiyanın - lipid (yağ) mübadiləsi aterosklerotik lezyonların və trombofil ağırlaşmaların erkən aşkarlanması və qarşısının alınmasına yönəldiyini açıqladı.

Nazir əlavə edib ki, diabet, piylənmə və hipertoniya da rusların sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Muraşkonun sözlərinə görə, bu dörd xəstəlik qrupu hazırda əhalinin ümumi sağlamlığına ən böyük mənfi təsir göstərir.


Aygün Musayeva