Bu 8 əlamət varsa - Təcili mədəni zondla yoxlamalısız

  • 2022.09.19 14:13
  • 5155 Baxış
Bu 8 əlamət varsa  - Təcili mədəni zondla yoxlamalısız

Qastroskopiya çox insanların kabusu, qorxduğu prosedurdur. Amma hazırda bu müayinə ağrısız, narkoz altında aparılır.


"Medicina" xəbər verir ki, onkoloq Karasev qastroskopiyaya təcili göstəriş olan 6 əlaməti açıqlayıb.


- Yeməkdən sonra və acqarına mədədə ağrılar

- Bitməyən qıcqırma

- Ürəkbulanma, qusma

- Epiqastral nahiyədə kəskin ağrı- sağ qabırğa nahiyəsinə yayılan

- Qanlı qusma

- Qara nəcis

- Qanazlığı, hemoqlobinin düşməsi

- Səbəbsiz sürətli arıqlama

Bir çoxları bu siqnalları dərmanla söndürür, keçəcəyini düşünür.

Amma qastroskopiya nə qədər tez olunsa, düzgün müalicə başlayar.

Hətta qastroskopiyaya həzm sistemində heç bir şikayət olmasa da 3 ildən bir getmək lazımdır. Çünki şiş çox zaman ağrı vermir.


Aygün Musayeva