Alimlər kimin yastıqsız yatmalı olduğunu açıqlayıblar.
Medicina.az xəbər verir ki,Britaniya Oftalmologiya Jurnalında dərc olunmuş ilkin tədqiqatın nəticələri yastıqsız yatmağın qlaukoma olan insanlar üçün faydalı ola biləcəyini sübut edib.
Qlaukoma, göz daxilində maye drenajının pozulması ilə xarakterizə olunan və göz içi təzyiqinin artmasına səbəb olan bir qrup göz xəstəliyidir. Bu, təhlükəlidir, çünki görmə sinirinin zədələnməsinə və korluğa səbəb ola bilər. Qlaukoma geri dönməz görmə itkisinin əsas səbəbidir.
Məlumdur ki, göz içi təzyiqi bədən vəziyyətindəki dəyişikliklərə cavab olaraq dəyişir. Yuxu zamanı şaquli vəziyyətdən üfüqi vəziyyətə keçmək gecələr onun artmasında əsas amildir.
Vəziyyət yastıqla daha da ağırlaşa bilər - baş qaldırıldıqda boyun mövqeyi dəyişir və başdan qanı süzən boyun venası sıxıla bilər.
Bu maye buynuz qişa və büllur kimi qan təchizatı olmayan göz toxumalarını qidalandırır və gözün formasını və təzyiqini qorumağa kömək edir.
Bunu daha ətraflı öyrənmək üçün bir qrup Çin alimi müxtəlif növ qlaukoma olan 144 yetkin xəstəni əhatə edən bir sıra təcrübələr apardı. İştirakçılar laboratoriyada ya yastıqsız, ya da bir-birinin üstünə qoyulmuş bir və ya iki standart ölçülü yastıqda yatdılar ki, bu da başlarını 20-35 dərəcə qaldırdı. Hər bir iştirakçının göz içi təzyiqi yuxu zamanı dörd dəfə ölçüldü.
Nəticədə, iştirakçıların əksəriyyəti (67%) yastıqsız uzanmış vəziyyətdən iki yastıqla qaldırılmış vəziyyətə keçərkən göz içi təzyiqində əhəmiyyətli dərəcədə artım qeyd etdi. Ümumilikdə, yastıqda uzanarkən göz içi maye təzyiqi xeyli yüksək qaldı.
Bundan əlavə, iki yastıq istifadə edərkən iştirakçılar perfuziya təzyiqində azalma müşahidə etdilər ki, bu da gözün kiçik damarlarında qan axınını əks etdirir. Perfuziya təzyiqinin azalması gözə oksigen və qida maddələri çatdıran qan axınının azaldığını göstərir.
Tədqiqatçılar həmçinin başlarının altında yastıq olan və olmayan 20 sağlam könüllüdə boyun venasında qan axınını ölçdülər. Yastıqla vena kəyəni yastıqsız olduğundan xeyli dar idi, qan isə damardan xeyli sürətli axırdı.
Tədqiqat müəllifləri bu nəticələrin ilkin olduğunu və onları təsdiqləmək üçün əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar. Buna görə də, yastıqsız yatmaq qlaukoma xəstələri üçün faydalı ola bilər.
Aygün Musayeva