Bu ay ölkədə neçə nəfər zəhərlənib?

  • 2021.11.17 17:21
  • 1259 Baxış
Bu ay ölkədə neçə nəfər zəhərlənib?


“Kliniki Tibbi Mərkəz”in Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.

KTM-dən bildirilib ki, onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.


Qeyd olunub ki, zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri qidadan (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu.