Qaraciyərini təbii yolla yeniləmək istəyənlər üçün möcüzəvi bitki diqqət çəkir. Bu dərman bitkisi toksinləri təmizləyir və qaraciyəri yenidən yaradır.
Medicina.az xəbər verir ki, sağlamlığını təbii yolla qorumaq istəyənlər üçün möcüzəvi təsiri ilə seçilən bitkilər alternativ təbabətdə hər keçən gün daha çox yer tapmaqdadır.
Qaraciyər sağlamlığını dəstəkləyən bitkilər arasında xüsusilə seçilən dərman bitkisi diqqət çəkir.
Mütəxəssislərin də tövsiyə etdiyi bu bitki qaraciyəri toksinlərdən təmizləyərək bərpaedici təsir göstərir. Qaraciyəri təzələyən bu dərman bitkisinin adı dəvətikanıdır.
Silymarin adlı tərkib hissəsi sayəsində qaraciyər hüceyrələrini bərpa etmək və qorumaqda təsirli olan dəvətikanı, əsrlərdir ənənəvi tibbdə istifadə olunur.
Bədəndən toksinlərin çıxarılmasına kömək edən bu bitki həm də antioksidant təsiri ilə həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.
Necə istifadə etməli?
Adətən çay, kapsul və ya ekstrakt şəklində qəbul edilir. Ancaq istifadə etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. Xüsusilə qaraciyər xəstəliyi olan insanlarda müntəzəm istifadə, detoks təsiri ilə qaraciyərin yenilənməsinə qatqı təmin edir.
Nəzərə alınmalı olanlar
Hər təbii məhsul kimi dəvətikanının istifadəsi də dozasına diqqət edilərək edilməlidir. Hamilə qadınlar, süd verən qadınlar və xroniki xəstəlikləri olan şəxslər mütləq həkim icazəsi almalıdırlar.
Sonda qeyd edək ki, təbiətin qaraciyər sağlamlığını qorumaq istəyənlər üçün təklif etdiyi ən güclü dəstəkçilərdən biri olan dəvətikanı düzgün istifadə edildikdə bədəni sözün əsl mənasında yeniləyir. Sağlam həyat dərman bitkiləri ilə mümkündür!
Aygün
Medicina.az