Bu bitki saçları uzadır - Mütəxəssis

  • 2022.08.05 15:32
  • 4836 Baxış
Bu bitki saçları uzadır  - Mütəxəssis


Rozmarinin saçlar üçün faydası tapılıb.

Bakupost.az xəbər verir ki, saç mütəxəssisi Nunçio Saviano rozmarin yağının saçlarda təsirini kəşf edib.

Bu bitki və yağı baş dərisini təmizləyir, sakitləşdirir, qan dövranını yaxşılaşdırır, saçların aktiv uzanmasını təmin edir.
O kəpəyin də qarşısını alır, tökülməni saxlayır.

Həm kişilər, həm qadınlar rozmarin dəmləməsini və ya yağımı şampuna əlavə edib, həftədə 2 dəfə istifadə edə bilər.
Bu yağı birbaşa saç dibinə çəkib gecədən səhərə kimi saxlamaq olmaz.

Bu baş dərisini qıcıqlandırıb, yandıra bilər.
Ümumiyyətlə, təbii rozmarinli saç vasitələri tapsanız, alın.