Bu dərmanları qəfil kəsmək infarkt, insult riski yaradır

  • 2022.08.26 15:57
  • 4016 Baxış
Bu dərmanları qəfil kəsmək infarkt, insult riski yaradır


Statinlər adlı xolesterin dərmanlarını qəfildən kəsmək acı fəsadlar verə bilər



"Medicina" xəbər verir ki, çox zaman ürək-damar xəstələrinə damarlarda xolesterini azaltmaq üçün təyin edilən statinlər son zamanlar çox aktualdır.



Baxmayaraq ki, bir çox alimlər onların əks təsirinin çox olduğunu deyir, amma bəzi xəstələrə belə dərmanlar vacibdir.

Qanda yüksək zərərli xolesterinin çox olması o deməkdir ki, qanda yağ maddələri çoxdur və onlar toplanır.

Bir tərəfdən xolesterindən tutulmuş damarlar infarkt, insulta səbəb olur.



Digər tərəfdən elmi araşdırmalar göstərib ki, bir müddət statinləri qəbul edib, sonra həkimsiz və ya səbəbsiz kəsənlər, daha ehtiyac duymayanlarda ürək tutması. insult riski artır.


Bu dərmanın əks təsiridir. Belə ki, 10 xəstədən 3-də belə effekt müşahidə olunub.

Belə ki, statinləri qəfildən kəsənlərin 8,5%-də 4 ildən sonra ürək tutması və ya insut olub.

Amma statinləri içməyə davam edənlərdə bu rəqəm 5% olub.

İnsult keçirənlərdə statinlərdən imtina ölümcül təhlükəlidir.

Xolesterini salmaq üçün digər üsullar:

- Balanslaşdırılmış, yağsız qidalanma
- Məşqlər, piyada gəzmək
- Alkoqol siqareti azaltmaq
- Çəkini azaltmaq


Aygün Musayeva