Bu əlamətlər varsa, kökəlməyiniz hormonaldır

  • 2023.05.30 12:51
  • 908 Baxış
Bu əlamətlər varsa, kökəlməyiniz hormonaldır
Pəhriz və ya idmana baxmayaraq çəki artırsa, səbəbi hormonal disbalans ola bilər.


Xüsusən bel və omba ətrafı piylənməyə başladısa, ilk baş çəkəcəyiniz həkim endokrinoloq olmalıdır.


“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Marina Yuşenkonun sözlərinə görə, aşağıdakı simptomlar hormonal dəyişiklikləri göstərə bilər: tez-tez sidiyə getmə, sidikdə aseton qoxusu, susuzluq, "alma" tipli bədən forması (qarın və nazik ayaqlar).


“Bədəninizdə boyun, qasıq, dirsək dərisinin qaralması və qarın, sinə və bud nahiyəsində tünd qırmızı uzanma izləri aşkar edirsinizsə, diqqətli olmalısınız.

Aşağıdakı hormonlardakı dalğalanmalar kökəlməyə səbəb ola bilər:

İnsulin. Hüceyrələrə qlükozanın daxil olması və yağların yığılmasına məsuldur. Nə qədər çox şirniyyat yeyirsinizsə, bir o qədər çox insulin istehsal olunur, bel ətrafı böyüyür.

Leptin. Hormon aclıq hissini idarə edir. Əgər beyin nədənsə leptini görmürsə, o zaman orqanizm hələ də “acdır” və daha çox qida qəbul etməyə çalışır. Leptin həssaslığını artırmaq üçün asanlıqla həzm olunan karbohidratları kəsmək, daha çox yağlı balıq yemək və minimum 7 saat yatmaq lazımdır.

Kortizol. Bu hormonun xroniki olaraq yüksək səviyyədə olması ilə güc və enerjini doldurmaq üçün lazım olduğundan daha çox yemək vərdişi yaranır

Estrogen. Həddindən artıq istehsal olunarsa, iştahın artmasına səbəb olur. Xüsusən pivə sevən kişilərdə bu hormon artır.

Tiroid hormonları (tiroksin, triiodotironin). Tiroksin aktiv maddələr mübadiləsindən məsuldur: bədən istiliyini, protein sintezini və adrenalinə həssaslığı artırır. Onun olmaması ilə metabolik sürət azala bilər”.

Aynurə Məmmədova