Bu əlamətlər varsa, onkologiyadan şübhələnin

  • 13 Noy 2021 16:50
  • 1692 Baxış
Bu əlamətlər varsa, onkologiyadan şübhələnin

Onkoloji xəstəliyin vaxtında uğurlu müalicəsi üçün onun erkən təyini çox vacibdir. Bunun üçünsə insan özündə baş verən dəyişikliklərə diqqətli olmalıdır.

Medicina.az xəbər verir ki, rusiyalı kardioloq, terapevt Pavel Aleksandrov xəstəliyin ilk mərhələsində baş verən dəyişiklikləri sadalayıb.

İlk növbədə hər ay bütün bədən güzgü önündə və əyani yoxlanmalıdır: hardasa assimmetriya, qabarıqlıq, əyilmə, forma dəyişikliyi, bərkimə varmı. Bəzi şişlər gözəyarı və əllə də toxunduqda hiss olunur.

Eləcə də insanda daimi yorğunluq, apatiya, hər şeyə maraq itibsə, işləmək istəmirsə, gücsüzdürsə, o zaman bu da ciddi siqnaldır.

Sidik, nəcis, vaginal axıntı izlənməlidir, qan, selik, rəngindən tündləşmə varsa həkimə gedin.

Boğazda udqunmanın pozulması, heç bir səbəbsiz temperaturun təkrarlanması və düşməsi, titrətmə də onkoloji əlamətlər ola bilər.

Dəridə lokal olaraq bir sahədə qızartı, şişkinlik, qaşınma, qabıqlanma, xalların böyüməsi də nəinki dəri xərçəngi, həmçinin daxili orqanların şişindən xəbər verə bilər.


Həkim bildirib ki, bəzən xəstə aylarla xərçəngin açıq-aşkar simptomları ilə yaşayır, lakin simptomları keçib gedər düşünür.