Bu gün 40 nəfər yoluxub

  • 2023.03.01 17:54
  • 1137 Baxış
Bu gün 40 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 828 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 310 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 159 nəfərdir.

Ölkədə son sutka ərzində 2 049, hazırkı dövrədək isə 7 526 899 test aparılıb.