Bu gün peyvənd olunanların - SAYI

  • 2021.09.15 18:55
  • 1362 Baxış
Bu gün peyvənd olunanların     - SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 424 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 745 851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 551 501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 194 350 təşkil edir.