Bu gün yoluxma artdı

  • 2022.05.28 17:38
  • 1628 Baxış
Bu gün yoluxma artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Son sutkada COVID-19-dan vəfat edən olmayıb.


İndiyədək ölkədə ümumilikdə 792 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 992 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.



Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 422, bu günə qədər isə ümumilikdə 6 888 708 test icra olunub.