Bu günə yoluxanlar

  • 2023.01.14 17:41
  • 4192 Baxış
Bu günə yoluxanlar


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 763 nəfər müalicə olunaraq sağalıb, 10 045 nəfər vəfat edib, aktiv xəstə sayı 492 nəfərdir.

Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 7 455 670 test aparılıb.