Bu içki və yeməklər baş ağrısı yaradır

  • -0001.11.30 00:00
  • 841 Baxış
 Bu içki və yeməklər baş ağrısı yaradır
Tez –tez başı ağrıyanlar yemək-içməklərinə diqqət yetirməlidir. Dünyada milyonlarla insan miqrenlə mübarizə aparır. Stress, spirt və ya müəyyən qoxular miqrenin tətikçiləri siyahısındadır.



“Medicina” xəbər verir ki, diyetoloq İqor Strokovun sözlərinə görə, əslində baş ağrısına səbəb olan qida və içkilərdə olan aspartam kimi süni dadlandırıcı maddədir. Onlar təkcə sərinləşdirici içkilərdə deyil, bir çox başqa məhsullarda da olur.


“Əgər siz tez-tez miqren hücumlarından əziyyət çəkirsinizsə, profilaktik müalicəni nəzərdən keçirməlisiniz.


Qəhvə - kofeinin qan damarlarına xüsusi təsiri səbəbindən şiddətli baş ağrısına səbəb ola bilər. Eyni səbəbdən şokolad yedikdən sonra baş ağrıya bilər.


Alkoqol. Ən çox görülən baş ağrısı provokatoru qırmızı şərabdır. Səbəbi dəqiq bilinmir.

Hazır məhsullar. Dondurulmuş qidalar, hazır şorbalar, ketçuplar və digər souslarda monosodium qlutamat var. Dadı yaxşılaşdırmaq üçün əlavə edilən bu komponent də çox şiddətli baş ağrısına səbəb ola bilər.

Kolbasa. Bu məhsuldan olan sendviçi yedikdən sonra baş ağrısı sizə təəccüblü gəlməsin

Aynurə Məmmədova