Bu ilin 6 ayında Bakıda 40 nəfəri ilan sancıb

  • 2017.09.07 11:52
  • 11680 Baxış
Bu ilin 6 ayında Bakıda 40 nəfəri ilan sancıb
Bu ilin ilk 6 ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1121 müraciət daxil olub. Müraciət edənlərin 1048-i xəstəxanaya qəbul edilib. 

Medicina.az-ın Report.az-a istinadən məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 


Onun sözlərinə görə, bu müddətdə sirkə turşusundan 111 nəfər, dəm qazından 165 nəfər, dərmandan 544 nəfər zəhərlənib: "121 nəfərdə isə allergik reaksiyalar baş verib. Yanvar-iyun ayları ərzində 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla zəhərlənmə, 40 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub".


A.Maqsudov deyib ki, yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib. Regionlardan əsas müraciətlər Şamaxı, Hacıqabul, Qazax, Şəmkir, Astara, Lənkərandan daxil olub.