Bu mədə dərmanı xərçəng əmələ gətirir - Qadağan edildi

  • 2022.09.23 15:35
  • 3587 Baxış
Bu mədə dərmanı xərçəng əmələ gətirir  - Qadağan edildi

Rusiya Səhiyyə Nazirliyi Ranitidin adlı dərmanı satışdan yığışdırır.

"Medicina" xəbər verir ki, imtinaya səbəb dərmanın insan orqanizmi üçün ciddi təhlükə yaratmasıdır.

Sentyabrdan Rusiyaya Ranitidin idxalı dayanır.

Bu dərman mədə və 12 barmaq xorası zamanı təyin edilir.

ABŞ-da dərman hələ 2020-ci ildən geri çağırılıb.

Əslində dərmanın tərkibində bir şey yoxdur. Sadəcə onu uzun müddət saxladıqda kanserogen maddə əmələ gəlir.
ABŞ və Avropada dərman istehsalçısı məhkəməyə verilib. Uzun müddət bu dərmanı qəbul edən xəstələrə kompensasiya ödənməlidir.

Hansı ki, bir müddət sonra onlarda xərçəng əmələ gəlib.

Aygün Musayeva