Bu meyvə qaraciyəri piylənmədən qoruyur

  • 2023.02.23 18:31
  • 1752 Baxış
Bu meyvə qaraciyəri piylənmədən qoruyur


Qreyprut qaraciyəri piylənmədən və iltihabdan qoruyur. Çin tədqiqatçılarının araşdırmalarına görə bu meyvə hətta artıq piylənmiş, iltihablaşmış, oksidləşdirici stressə məruz qalan qaraciyəri müalicə edir.

"Medicina” xəbər verir ki, alkoqol qəbulu qaraciyərdə piylənməni artırir. Piylənmiş qaraciyər fibroza və serroza və daha ağır iltihablara gətirib çıxardır.

Qreyprutda narinqin maddəsi spirtin səbəb olduğu piylənməni və qaraciyər zədələnməsinin qarşısını alır. Eyni zamanda oksidləşdirici stressin də dərəcəsi kəskin şəkildə aşağı düşür.

Sitrus meyvələri, əsas da qreyprudun tərkibindəki bu maddə daha çox təşkil edir və qaraciyərin dərmanı sayıla bilər.

Günay