Bu meyvəni yedikdən sonra çoxlu su için - Əks halda…

  • 2024.03.02 18:31
  • 1880 Baxış
Bu meyvəni yedikdən sonra çoxlu su için -  Əks halda…
İydə ən şoran torpaqlarda belə bitən bilən qeyri-adi bitkinin meyvəsidir.

Medicina.az xəbər verir ki, iydə bir çox problemlərə faydalı olması ilə tanınır.

*İydə yemək böyrək xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır. Böyrək daşlarının müalicəsində iydə çiçəklərindən dəmlənmiş çay effektivdir.

*Tərkibindəki C vitamini olan iydə soyuqdəymə, qrip və digər xəstəliklərdən qorunmağa kömək edir.

*Həzm sisteminə faydalıdır, mədə şişkinliyini aradan qaldırır.

*Bu meyvə ürəkbulanma və qusmaya da xeyirlidir.

*İydə ishalın qarşısını alır. İydəni qaynadıb suyunu içdikdə qısa müddətdə ishaldan qurtulmaq mümkün olur.

*Tərkibindəki Omega 7 yağı sayəsində dərini nəmləndirir və bərpa edir.

*Saç köklərindəki hüceyrələrin yenilənməsi üçün də iydəyə müraciət etmək olar.

*İydə yanıq və sağalmayan yaraların müalicəsində, həmçinin ekzema kimi xəstəliklər zamanı istifadə edilir.

*Vaginal quruluq və göz quruluğu kimi problemlərin həllində də təsirlidir.

*İydənin tərkibindəki omega 7 yağ turşusunun başqa bir xüsusiyyəti insulin səviyyəsini tənzimləməyə kömək edərək metabolizmanı sürətləndirməsi və çəki nəzarətinə kömək etməsidir.

*İydə antioksidant xüsusiyyətləri sayəsində bədəndən toksinləri çıxarır və immuniteti gücləndirir.

*Ürək-damar sistemi xəstəliklərindən, yaşlanmadan, iltihabdan, mədə və bağırsaq xoralarından, xərçəngin təsirindən qoruyur.

İydənin mənfi cəhətləri

Hər bir qida kimi iydənin də bəzi əks təsirləri var. İydənin həddindən artıq istehlakı qəbizliyə səbəb olur. Ona görə də iydə yedikdən sonra çoxlu su içmək məsləhətdir.

Meyvənin teksturası ağız quruluğuna səbəb olur. Ona görə də gündə 2-3 ədəddən artıq yemək məsləhət deyil.

Gül