Bu ölkədə 800 nəfərdə Omikron aşkarlandı

  • 2021.12.30 15:47
  • 3070 Baxış
Bu ölkədə 800 nəfərdə Omikron aşkarlandı
Hindistanda 800-ə yaxın şəxsin “Omikron” ştamına yoluxma halı müəyyən edilib.

Yoluxanların demək olar ki, üçdə biri paytaxt Dehli sakinləridir.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər 241 “Omikron” xəstəsi müalicə edilərək sağlamlığına qovuşub.

Bu günə qədər Hindistanın 21 ştatında “Omikron”a yoluxma qeydə alınıb.

Hindistanda “Omikron”a ilk yoluxma halı dekabrın ikisində müəyyən edilib.