Bu ölkədə gizli, təhlükəli xəstəlik yayılır

  • 2025.09.25 12:39
  • 83 Baxış
Bu ölkədə gizli, təhlükəli xəstəlik yayılır


Fransanın cənub-şərqində yerlegionelloz hadisəsi qeydə alınıb.

"Medicina" xəbər verir ki, 46 nəfər yoluxub, səkkiz nəfər hazırda reanimasiyada müalicə alır, bir nəfər artıq dünyasını dəyişib.

Bundan əlavə, bir neçə şübhəli hadisə də həkimlər tərəfindən yoxlanılır.

Legionelloz - kəskin infeksion xəstəlikdir. Qızdırma, intoksikasiya, ağciyərlər, mərkəzi sinir sistemi zədələnməsi ilə müşayiət olunur.

İnfeksiya törədicisi su və ya torpaqda mövcud ola bilər, əsas yoluxma yolları isə hava-damcı və hava-toz vasitəsilədir.