Bu ölkədə peyvənddən imtina edənləri 10 il həbs gözləyir

  • 04 Yan 2022 15:14
  • 727 Baxış
Bu ölkədə peyvənddən imtina edənləri       10 il həbs gözləyir

Boliviyada 1 yanvar 2022-ci ildən kovid peyvəndindən ciddi səbəbsiz imtina edən vətəndaşları həbs cəzası gözləyir.

Medicina.az xəbər verir ki, bu barədə nazir müavini Xorke Silva bildirib.

O, 4641 saylı əmri şərh edərkən bildirib ki, əgər vətəndaşın peyvənd sənədi və ya 48 saat ərzində PZR testi yoxdursa, bonun barəsində cinayət məcəlləsinə görə həbs cəzası tələb oluna bilər.


“Hətta bu cəza 10 il də ola bilər. Bu isə zarafat deyil. Bütün bunlar pandemiyanın yayılmasının qarşısını almaq üçün ən son hədd idi”.