Bu qidalar damarlarınızı məhv edir

  • 2020.05.30 16:01
  • 3029 Baxış
Bu qidalar damarlarınızı məhv edir

Yüksək miqdar xolesterinli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir.

Medicina.az xəbər verir ki, Rusiyalı həkimlər damarları məhv edən qidaların siyahısını hazırlayıb.

Xolesterinlə zəngin olan mayonez, marqarin, “fast food”, hisə verilmiş ət və qızardılmış qidaların istifadəsi təhlükəlidir.

Şirniyyat da mənfi təsir göstərir, çünki şəkər qan damarlarının daxili divarlarını zədələyir, bu da qoruyucu qatın itməsinə səbəb olur.

Damar daralmasında və bədənin müəyyən bölgələrinin qanla təchizatında nikotin əsas səbəblərdən biridir. Uzun müddət siqaret çəkmək qan damarlarının daxili təbəqəsinin hüceyrələrini məhv edir.

Həkimlər insanları arterial təzyiqlərinə nəzarət etməyə çağırırlar. Çünki yüksək təzyiqlə vurulan qan damarlarda anevrizmalar yarada və yırtılmaya səbəb ola bilər.