Onkoloq Vladimir İvaşkov bəzi qidaların mədə xərçəngi riskini artırdığı barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, kolbasa, salami və bekon kimi emal olunmuş ətlərdə bədənə daxil olduqdan sonra kanserogenlərə çevrilən çoxlu miqdarda nitrat və nitritlər var.
O, həmçinin xəbərdarlıq edib ki, mədə xərçəngi riski qırmızı ətin tez-tez qəbulu ilə artır.
Bundan əlavə, həkim insanları marinad, turşu və soya souslarının istehlakını azaltmağa çağırıb. Bu, xüsusilə mədəsində Helicobacter pylori bakteriyası olan insanlar üçün doğrudur. Həkim izah edib ki, artıq duz bu orqanın hüceyrələrinə birbaşa zərər verir.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi çox isti içkilərin istehlakını insanlar üçün kanserogen kimi təsnif edib.
Aygün Musayeva