Bu qidaları təkrar qızdırmayın: Zəhərlənmə riski

  • 2025.09.06 15:24
  • 186 Baxış
Bu qidaları təkrar qızdırmayın:  Zəhərlənmə riski

Bəzi qidaları yenidən qızdırmaq sağlamlıq üçün ciddi risklər yaradır.

Medicina.az xəbər verir ki, bəzi qidalar yenidən qızdırıldıqda bakteriyaların böyüməsi üçün uyğun mühit yaradır və qida dəyərini itirir.

Bu risklər xüsusilə düyü, yumurta və göbələk kimi qidalarda özünü göstərir.



1. DÜYÜ

Bişmiş düyüdə Bacillus cereus bakteriyasının sporları ola bilər.

Bişirildikdən sonra uzun müddət otaq temperaturunda qaldıqda, bu sporlar toksinlər əmələ gətirir və yenidən qızdırmaq toksinləri məhv etmir.

Nəticədə qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə bişmiş düyü dərhal yeyilməlidir.



2. YUMURTA

Qaynadılmış yumurtaların yenidən qızdırılması onların zülal strukturunu dəyişdirir və həzm edilməsini çətinləşdirir.

Qızdırma zamanı ayrılan kükürd birləşmələri yumurtanın iyini artırır və mədə narahatlığına səbəb ola bilər.

Mümkünsə, qaynadılmış yumurta yenidən qızdırılmamalıdır.



3. Göbələk

Bişmiş göbələklər yenidən qızdırıldıqda qida dəyərini itirir və həzm edilməsi çətinləşir.

Bundan əlavə, göbələklərdə olan bəzi birləşmələr qızdırma zamanı zəhərli ola bilər.

Buna görə göbələk yeməkləri təzə istehlak edilməlidir.



4. Kartof

Bişmiş kartof otaq temperaturunda qaldıqda Clostridium botulinum bakteriyasının sporlarını daşıya bilər.

Bu bakteriyanın yaratdığı toksinlər qida zəhərlənməsinə səbəb olur.



5. DƏNİZ YEMƏKLƏRİ

Balıq, karides və digər dəniz məhsulları yüksək protein tərkibinə görə tez xarab ola bilər.

Yanlış saxlandıqda, yenidən isitmə zamanı histamin toplanır və bu, ciddi qida zəhərlənməsinə səbəb ola bilər.



6. Toyuq

Toyuq, xüsusilə mikrodalğalı sobada qızdırıldıqda, içərisində kifayət qədər isti olmaya bilər.

Bu, Salmonella və oxşar bakteriyaların sağ qalmasına imkan verir.



7. YAĞLAR

Yağlar yenidən qızdırıldıqda oksidləşir və bəzi kanserogen birləşmələr yarada bilər.

Bunun sağlamlığa mənfi təsirləri ola bilər. Buna görə də qızartma yağları və təmiz maye yağlar yenidən qızdırılmamalıdır.

8. Körpə QİDALARI VƏ ANA SÜDÜ

Uşaq qidası və ana südü qızdırıldıqda bakteriyaların böyüməsi üçün uyğun mühit yaradır.

Bu, körpələrdə qida zəhərlənməsi riskini artırır.

Buna görə də, bu qidalar təzə istehlak edilməli və ya uyğun şərtlərdə saxlanmalıdır.

Aygün
Medicina.az