Bu qidaları yeyənlərə günəş şüaları zərər verə bilmir - SİYAHI

  • 2024.06.05 18:58
  • 1006 Baxış
Bu qidaları yeyənlərə günəş şüaları zərər verə bilmir -  SİYAHI
Qızmar yay aylarında günəşin dəriyə və orqanizmə zərərləri pik həddə çatır. Ağrılı günəş yanıqları və erkən yaşlanma riski hamını təhdid edir.

Ancaq mütəxəssislər bəzi qidaları istehlak etməyin dərini ultrabənövşəyi (UV) şüalardan qorumağa kömək etdiyini bildirirlər.

Günəşli yay günlərində və hətta bütün il boyu günəşdən qoruyucu kremlərdən istifadə etmək vacibdir. Bundan imtina etməyin bəhanəsi yoxdur. Ancaq krem və spreylərlə mühafizə olunmağa baxmayaraq, yayda dəri problemlərindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ona görə də sadəcə bu məhsullarla kifayətlənməməli, dərini daxildən də gücləndirməyin yollarını tapmaq lazımdır. Pəhrizinizə bəzi qidaları əlavə etməklə günəşin zərərlərindən daha yaxşı qoruna bilərsiniz.

C, E, B3 vitaminləri (həmçinin niasin kimi tanınır), Omeqa-3 yağ turşuları və astaksantin dərimizi zərərli UV şüalarından təbii şəkildə qorumağa kömək edir.

Medicina.az dərini və orqanizmi günəşin zərərlərindən qoruyan qidaları təqdim edir:

1.Meyvələr

Moruq, böyürtkən, qaragilə, çiyələk, qoji kimi giləmeyvələr, eləcə də zoğal günəşdən qorunmağa kömək edir.

2. Yaşıl çay

Yaşıl çayın faydaları saysız-hesabsızdır. Daha çox bağırsaq sağlamlığına təsirli olduğunu bildiyimiz yaşıl çay əslində dərini günəşin zərərli şüalarından da qoruyur.

3. Yerkökü

Yerkökü əhəmiyyətli miqdarda polifenollar, C vitamini və niasin ehtiva edir ki, bu da onu dəri üçün super qidaya çevirir.

4. Qızılbalıq

Qızılbalıq astaksantin, niasin və E vitamini ilə zəngindir. Bu o deməkdir ki, dəri sağlamlığınızı qorumağa çalışarkən istehlak etməli olduğunuz qidaların başında qızılbalıq gəlməlidir.

5. Şokolad

Bilirik ki, şokoladı sevmək üçün başqa bir səbəbə ehtiyacınız yoxdur. Ancaq tünd şokolad dadlı olduğu qədər də sağlam bir qidadır. Kakao antioksidantla zəngin polifenolların əla mənbəyidir və dərimizi günəşin zərərindən qorumağa kömək edir.

2016-cı ildə “The Journal of Nutrition” jurnalında dərc edilən bir araşdırma göstərib ki, kakao təkcə günəşdən qorumur, həm də dərinin elastikliyini artırır və qırışları açır.


Aysel