Bu quru meyvə sümükləri möhkəmlətməkdə liderdi – ABŞ həkimləri

  • 2022.02.25 17:04
  • 2988 Baxış
Bu quru meyvə sümükləri möhkəmlətməkdə liderdi  – ABŞ həkimləri

Gündəlik qidaya quru qara gavalı əlavə etmək həzm sistemi və sümüklər üçün faydalıdır.


Medicina.az xəbər verir ki, amerikalı həkimlər sümük kütləsinin itirilməsinə qarşı ən yaxşı və dadlı qidanın qara gavalı qurusu olduğunu açıqlayıb.

Xüsusən bu yaşlı qadınlar, sümük əriməsi üçün vacibdir.

“Postmenipauza, klimaks dövründə olan qadınlarda estrogenin aşağı miqdarda olması sümükləri boşaldır, qırılma ehtimalını artırır. Qara gavalı bu prosesi yubadır” deyə Pensilvaniya universitetinin alimləri bildirib.

Hər gün 100 qram – 10 ədəd qara gavalı il ərzində davamlı qəbul edildikdə sümüklərin sıxlığını saxlamış, onurğa, çiyin, çanaq sümüklərinin mineral səviyyəsini artırmışdır.

Həkim Konni Rodjes bunun səbəbini qara gavalının bağırsaq mikroflorasını yaxşılaşdırdığını, nəticədə vitamin-mineral mənimsəməsi düzəlir.


Oksidativ stress azalır, nəticədə sümüklər daha sağlam qalır.

Qara gavalı həm də ürək üçün faydalıdır. O, ən yaxşı qəlyanaltıdır. Aclıq hiss edən kimi üzüm, gavalı yeyə bilərsiz.

MEDICINA.AZ