Bu şəxsləri karantində saxlamayın - Professordan təklif

  • 2020.03.30 12:58
  • 2065 Baxış
Bu şəxsləri karantində saxlamayın -  Professordan təklif
Ölkəyə daxil olanlarda COVİD-19-la bağlı əlamətlər yoxdursa, onları qeydiyyata götürüb, evdən çıxmamaq şərtilə öz ünvanlarına yollamaq məsləhətdir.

Karantində insanları müxtəlif çadırlarda, zirzəmilərdə saxlamaq perspektivsiz bir işdir. Əgər karantində bir adam xəstələnsə, orada olan hər kəsin sağlamlığı təhlükə altına düşəcək.

Bu sözlərlə tibb üzrə professor Adil Qeybulla çıxış edib.

O bildirib ki, xüsusi həkimlər və tibb işçilərindən ibarət qruplar hazırlanmalı, onlar konkret bir ərazi, məhəllə üçün ayrılmalı (ailə və sahə həkimləri tipində), əlavə maaş və lazımi avadanlıqlarla təmin və təhciz edilməlidir:
“Növbəti günlərdə xəstələrin sayı artsa, xəstəxanalarda yer olmasa, onsuz da bu yolu seçməyə məcbur olacağıq. Fransada artıq yüngül xəstələr evdə müalicə alırlar. Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır. Təcrübə göstərir ki, təşkilati tədbirlərin düzgün qurulması uğura gətirib çıxarır”.