Bu simptomlar prostat xərçəngi riskinin yüksək olduğunu göstərir

  • 2024.03.04 11:45
  • 506 Baxış
Bu simptomlar prostat xərçəngi riskinin yüksək olduğunu göstərir
Prostat vəzi xərçəngi ilə bağlı yeni bir araşdırmanın nəticələri açıqlanıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, alimlər kişilərin yuxu rejiminin prostat xərçəngi riski ilə əlaqəsini aşkarlayıblar.

ABŞ-ın Milli Xərçəng İnstitutunun alimləri 30 mindən çox britaniyalı kişinin məlumatlarını araşdırıb.Araşdırmaya cəlb olunan kişilər gecə yatarkən onlara xüsusi bilərzik taxılıb və yuxu rejimləri müəyyən edilib.

İnstitutun jurnalında dərc edilən bu araşdırma gecə yuxudan oyananlarda xərçəng riskinin daha yüksək olduğunu göstərib. Alimlər gecə oyandıqdan sonra 30 dəqiqə və ya daha çox oyaq qalanların prostat xərçənginə tutulma riskinin 15-20 faiz artdığını açıqlayıblar.

Mütəxəssislər buna səbəb kimi sirkadiyalı ritmin pozulmasını göstəriblər. Qeyd olunub ki, prostat vəzi xərçənginin yaranmasına səbəb olan səbəblər arasında genetika və piylənmə də var.


Gül