Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir

  • 2025.10.27 11:49
  • 201 Baxış
Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir

"Dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir. Lakin qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95%-dir”.

Medicina.az “Qafqazinfo”ya istonadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov “Xərçəngdən güclüsən” tədbirində bildirib.

O qeyd edib ki, mammoqrafiya müayinəsi vasitəsilə bu xəstəlik vaxtında aşkarlana və sağala bilər:


“Bütün 40-69 yaş arası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, KİV kömək etməlidir. Bu, təkcə TƏBİB-in işi deyil.

Hazırda süd vəzi xərçənginə qarşı mübarizə ilə bağlı başqa layihələrimiz də var. İki rayonda mammoqrafik müayinələr aparılır və nəticələri ilə bağlı cəmiyyətə məlumat verəcəyik”.

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli əlavə edib ki, respublika ərazisində 22 regionda 3 mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinəyə cəlb olunub.

O qeyd edib ki, xərçənglə mübarizə üçün ucqar rayonlarda səyyar müayinələr aparılıb.


Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir