Amerikalı kardioloq Dr. Kristofer Devis ürək-damar sağlamlığını qorumaq üçün yaşıl yarpaqlı tərəvəzləri gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir.
Medicina.az xəbər verir ki, ispanaq, kələm (kale) və romen kahısı kimi tərəvəzlər təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinin yaranmasına kömək edir. Azot oksidi isə damarların elastikliyinin qorunmasında və ürək-damar riskinin azalmasında mühüm rol oynayır.
Kardioloqun sözlərinə görə, yaş artdıqca orqanizmin azot oksidi istehsalı azalır. Buna görə də yaşıl yarpaqlı tərəvəzlərin müntəzəm qəbulu faydalı ola bilər.
Mütəxəssis gündə təxminən 150 qram yaşıl yarpaqlı tərəvəz qəbul etməyi, hətta onları hər əsas yeməyə əlavə etməyi məsləhət görür.
Xanım,
Medicina.az