Bu xəstəliyi olanlara hər gün şorba yemək olmaz – Həkim

  • 2022.05.04 14:30
  • 2670 Baxış
Bu xəstəliyi olanlara hər gün şorba yemək olmaz  – Həkim


Bir çoxları sulu yeməklərin qastrit, mədə yarası kimi mədə-bağırsaq xəstələrinə faydalı olduğunu düşünür. Lakin şorba bu xəstəliklərdə zərərli ola bilər.

Bakupost.az xəbər verir ki, qastroenteroloq Nataliya Şustova hər gün şorba yeməyin zərərlərini açıqlayıb.

“Həzm sistemində problemi olanlar, xüsusən mədə-bağırsağın yara, xorası, qıcıqlanması, qastrit, pankreatit zamanı bu qida rasiondan çıxarılmalıdır. Xüsusən ət bulyonunda hazırlanmış yağlı şorbalar.

Mədə-bağırsaq problemi olmayanlar isə hər gün yeyə bilər.

Bunun səbəbi odur ki, paxlalı, yağlı, tərəvəzli şorbalar mədənin turşusunu daha da artırır, mədə-bağırsaq problemi olanlarda əksinə bunu azaltmaq lazımdır. Ona görə hər dəfə şorba yedikdən sonra mədə selikli qişası əlavə olaraq qıcıqlanır, bu da iltihabi prosesi dərinləşdirir.

Şorbaları tərəvəz bulyonunda yazırlayın, yağ soğan etməyin. Müalicədən sonra qastrit sağaldıqda şorbaya keçmək olar".

Aygün Musayeva
BakuPost