Bu yağ bədəni yavaş-yavaş öldürür – Onkologiyanın səbəbkarı

  • 2023.03.25 17:06
  • 7345 Baxış
Bu yağ bədəni yavaş-yavaş öldürür  – Onkologiyanın səbəbkarı
Elmi tədqiqatlar nəticəsində məlum olub ki, bu məhsul insan orqanizminə birbaşa zərər vurur və xərçəngə səbəb olur.


“Medicina” xəbər verir ki, həkim-diyetoloq Yelena Solomatina onkoloji xəstəliklərə səbəb olan məhsuldan danışıb. Söhbət marqarin yağından gedir. O, hesab edir ki, marqarin yağı bədənimizi yavaş-yavaş öldürür.


Marqarin ilk növbədə trans yağlardır. Onlar hüceyrə membranını qeyri-elastik edir və o, lazımi komponentləri düzgün apara bilməz. Biz hüceyrələrdən ibarətik və onların normal fəaliyyətini pozsaq, problem yaranacaq.

Trans yağlar doymamış yağ turşularının trans izomerlərini özündə ehtiva edən yağlardır. Trans yağlar təbii məhsullarda (gevişdirən heyvanların süd və ətində, eləcə də bitki yağlarında) az miqdarda ola bilər, lakin sənaye üsulu ilə istehsal olunan və müxtəlif qidalara əlavə edilən trans yağlar ən böyük təhlükə yaradır.

Məhz bu üzdən marqarin yağı ən təhlükəli yağ hesab edilir.

Günay Quluzadə