Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bud-çanaq oynağının çıxıq və displaziyası - Müalicə olunmadıqda tam əlilliyə səbəb ola bilər

  • 2017.10.05 18:08
  • 33021 Baxış
Bud-çanaq oynağının çıxıq və displaziyası -  Müalicə olunmadıqda tam əlilliyə səbəb ola bilər
Yenidoğulmuşlar üzərində aparılan ilk müayinə zamanı bəzi hallarda uşağın ayaq büküklərin assimetriya, birinin digərinə nisbətən bir qədər qısa olması, budların yanlara doğru kifayət qədər açılmaması, pəncənin bayıra tərəf meyllənməsi həkimin diqqətini çəkir. Bunlar bud –çanaq oynağının displaziyası və ya çıxıqların əlamətləri ola bilər.


 

Medicina.az  azərtaca istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının USM həkimi Mətanət Musayeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.


Həkim deyib: "Bu, sümük-əzələ sistemi xəstəliyidir. Bud-çanaq oynağı sümük-əzələ sistemi xəstəliyidir. Bu xəstəlik özünü oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində büruzə verir. Belə ki, bud sümüyü başının inkişafı zəifləyir və nəticədə o, düzgün yerləşmir. Müvafiq olaraq da əzələlərin uzanması, böyüməsi və inkişafı geriləyir. Xəstəlik zamanında aşkar edilib, müalicə olunmadıqda uşaq adətən gec gəzməyə başlayır və ya gəzdikdə yeriməsində pozuntular yaranır. Bu isə öz növbəsində onurğanın fizioloji əyriliklərinin düzgün inkişaf etməməsinə səbəb olur. Nəticədə skolioz meydana çıxır. Bud-çanaq oynağının çıxıq və displaziyasının səbəbləri hələ tam məlum deyil. Bunun səbəbi doğuşun düzgün aparılmaması ilə əlaqələndirilir. Lakin burada genetika, doğuşda sağrı gəlişi, dölün çəkisinin çox olması, anada hamiləlik zamanı yaranan hormonal dəyişikliklər və ya ginekoloji xəstəliklər kimi problemlər də rol oynaya bilər. Statiskaya görə, bu xəstəliyə qız uşaqları arasında daha çox rast gəlinir. Xüsusilə ölkəmizin cənub bölgəsində xəstəliyə oğlanlara nisbətən qızlarda 6 dəfə daha çox rast gəlinir.


Müayinə zamanı uşaqda patologiya aşkar olunduqda pediatr diaqnozun təsdiqlənməsi üçün onu rentgen və USM müayinəsinə yönləndirməlidir. Risk qrupuna daxil olan uşaqların isə ortoped müayinəsindən keçmələri mütləqdir. Valideynlərin bu zaman daha diqqətli olmalıdılar. Uşağın 3 həftəlikdə 6 aylığına qədər olan yaş dövründə ultrasəs müayinəsi ilə bud-çanaq çıxıqlarını müəyyənləşdirmək mümkündür. Altı aydan sonra sümüyün formalaşması səbəbindən bu üsulla diaqnoz qoymaq çətinləşir, digər müayinələrə müraciət edilir. Bu müayinə əsasən yeməkdən təxminən 40 dəqiqə sonra olunur. Bir yaşdan sonra artıq sümükləşmə gedir ki, bu zaman da yalnız bud-çanaq oynağında rentgenoloji müayinə üsulundan istifadə olunur.


Onu da qeyd edim ki, vaxtında aşkar edilib müalicə olunmadığı hallarda, çıxıq gələcəkdə tam əlilliyə səbəb ola bilər”.