Burnunu çox eşələyənlər ağlını itirə bilər

  • 2025.11.25 12:12
  • 116 Baxış
Burnunu çox eşələyənlər ağlını itirə bilər


Burun eşələmək vərdişi yaşlandıqda bəzi psixi nevroloji problemləri dərinləşdirə bilər.

“Medicina” xəbər verir ki, Avstraliyalı alimlər elmi araşdırma nəticəsində bu qənaətə gəliblər.


Əgər burnunuzu qurtdalamağı və ya tükləri qoparmağı sevirsinizsə, yəni burun yollarınızın selikli qişasına müntəzəm olaraq dırnaqla mikrozədə vurursunuzsa, Alzheymer xəstəliyi və ya digər demensiya növləri inkişaf riskiniz artır.


Məlum olub ki, gec başlayan demansa səbəb olduğu göstərilən xlamidial pnevmoniya bakteriyaları bu mikrotravmalar vasitəsilə qan dövranına daxil ola bilər. Bu bakteriyalar laboratoriya siçanlarının mərkəzi sinir sisteminə qoxu sinirlərindən istifadə edərək burun vasitəsilə daxil olub.


Siçanların beyin hüceyrələri bu patogenlərə qarşı reaksiya göstərib, buraya beta-amiloid zülallarının çökməsi də daxil olub. Bu çöküntülər bir-birinə xarakterik düyünlərə çevrildikdə, beyindəki neyronlar arasındakı əlaqələri pozur və bu da Alzheimer xəstəliyinin və digər demensiya növlərinin xarakterik simptomlarına səbəb olur.

Avstraliyalı tədqiqatçılar ilk dəfə olaraq bu bakteriyaların burundakı mikrotravmalar vasitəsilə insan beyninə daxil ola biləcəyini təsdiqləyiblər. Buna görə də vərdişlərimizdə xüsusilə diqqətli olmalıyıq: burun tüklərini qoparmaqdan çəkinin, xüsusi ülgücdən istifadə edin.


Aygün Musayeva