Burun dolğusu çox təhlükəlidir, gözü kor edə bilər - Cərrahdan açıqlama

  • 25 İyn 2022 16:04
  • 5313 Baxış
Burun dolğusu çox təhlükəlidir, gözü kor edə bilər  - Cərrahdan açıqlama

"Hazırda burun dolğuları çox dəbdədir. İnsanlar əməliyyata getmir, burnuna gellə forma verir. Düzdür, insanlar əməliyyatdan çəkinir, amma heç bir prosedur əməliyyatın yerini vermir. Əməliyyat ömürlükdür, botoksu, dolğunu isə ildə təkrarlamaq lazımdır".


Bu sözləri Bakupost.az -a açıqlamsında Türkiyədə çalışan azərbaycanlı üz-çənə cərrahı Elmir Seyidli bildirib.

“Dolğunun ən böyük təhlükəsi damara maddənin düşüb onu tıxaması, emboliyaya səbəb olmasıdır. Damar tıxananda da toxumanın çürüməsi baş verir. Burun dolğuları dolğular içərisində ən təhlükəlisidir. Bu orqan gözlərə, beyinə yaxındır. Səhv icra olunarsa, damarla gözlərə gedib onları kor edə bilər.


Bəzən damar emboliyası nəticəsində burunda çürümə, nekrozlaşma baş verir. Bunun qarşısını almaq üçün artıq kiçik Ultrason cihazları çıxıb, prosedur zamanı USM ilə baxılır, əgər damara maddə düşübsə problemi yerindəcə həll edir.
Amma xanımlar bilməlidir ki, dolğu kimi ciddi prosedurları işinin peşəkarına həvalə etməlidir”.


Aygün Musayeva
BakuPost