Burun tüklərinin əsl məqsədi yaxşı bilinməsə də, onların əhəmiyyəti, xüsusən də tozlu havada daha aydın olur.
Medicina.az xəbər verir ki, bir çox insan burun tüklərini yalnız estetik problem kimi görür və onlardan qurtulmaq istəyir.
Lakin, bu tüklər bədənin ilk müdafiə xəttinin vacib bir hissəsidir.
Xüsusilə çirkli və tozlu mühitlərdə, nəfəs aldığımız havada zərərli hissəcikləri tutur və onların ağciyərlərə çatmasının qarşısını alır.
Burun tüklərinə müdaxilə etmək bu təbii filtri zəiflədə və bilmədən sağlamlığınızı təhlükəyə ata bilər.
Hava Forumunun paylaşımına görə, burun tüklərimiz yaxın günlərdə çox çalışacaq:
"Bədənimizin ən vacib müdafiə xəttlərindən biri olan burun tükləri bu gün və sabah çox çalışacaq. Havada görə bilmədiyimiz kiçik toz hissəcikləri var. Bu toz hissəcikləri ağciyərlərimizə çatmağa çalışacaq. Lakin burnumuzdakı tüklər hava filtri kimi hərəkət edərək onların daxil olmasının qarşısını alacaq. Bu, qaşınmaya səbəb ola bilər."
Aygün
Medicina.az