Gün ərzində boyun sərtliyi, çiyinlərdə təzyiq, kürək sümükləri arasında yanma və ya günün sonunda pisləşən bel ağrısı... Bu şikayətlər çox vaxt oturaq iş, stress və ya yorğunluqla əlaqələndirilir. Lakin, bəzi insanlarda büstqalterin çəki paylanması da fərqinə varmadan problemə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, döş toxumasını kifayət qədər dəstəkləməyən və ya bədənə uyğun olmayan büstqalter ağırlığı irəli aparır, çiyin qurşağında lazımsız gərginliyi artırır və zamanla duruşa mənfi təsir göstərir. Qayışlardakı həddindən artıq çəki çiyinlərdə izlər və həssaslıq yarada, beldə "daşıma" hissi daha aydın görünə bilər.
Bütsqalterin düzgün seçilməməsi boyun və bel ağrısına təsir edər. Xüsusilə də sinəsi böyük olan qadınlarda bu daha çox hiss olunur.
Niyə ağrı yarada bilər?
1.Yanlış ölçü
• Kiçik ölçü sinəni sıxır və çiyinlərə yük verir.
• Böyük ölçü isə sinəni kifayət qədər saxlamır və bel əzələlərinə yük düşür.
2. Nazik və ya zəif çiyin qayışları
• Çəki çiyinlərə düşür və bu da boyun və çiyin ağrısı yaradar.
3. Dəstəksiz model
• Sinəni yaxşı tutmayan sütyen bel və kürək əzələlərini daha çox işləməyə məcbur edir.
4. Uzun müddət səhv büsqalter istifadə etmək
• Bu, duruşun pozulmasına və xroniki bel ağrısına səbəb ola bilər.
Hansı daha yaxşıdır?
✔ Düzgün ölçüdə
✔ Geniş çiyin qayışlı
✔ Alt hissəsi yaxşı dəstək verən
✔ Sinəni yuxarı və bədənə yaxın saxlayan model
Kiçik məsləhət:
Əgər büstqalteri çıxaranda boyun və beliniz rahatlayırsa, çox vaxt səbəb büstqalterin ölçüsünün və ya modelinin uyğun olmamasıdır.
Aygün
Medicina.az