Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimə bəraət verilib

  • 2018.03.15 13:03
  • 11866 Baxış
Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimə bəraət verilib
Sumqayıt Şəhər Məhkəməsində "Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin "Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.


Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

 


A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.


Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və "Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Məhkəmənin hökmü ilə İ.Qəmbərova bəraət verilib.