Canan Karataydan dünyanın ən sağlam qidası

  • 2022.04.06 14:48
  • 3843 Baxış
Canan Karataydan dünyanın ən sağlam qidası

Türkiyəli həkim Canan Karatayın sözlərinə görə, ravənd sağlamlıq üçün çox faydalı olduğundan, pəhriz zamanı istifadə olunan ən sağlam qidalardan biridir.

Medicina.az xəbər verir ki, məşhur professor Karatay müsahibəsində ravənd bitkisinin dünyanın ən yaxşı qidası olduğunu açıqlayıb.
Qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü antioksidantlarla zəngindir (onun tərkibində A, B1, B2, C, E, K vitaminləri var), nəticədə o, orqanizmin iltihaba qarşı müdafiəsini yaxşılaşdırır və immun sistemini gücləndirir.

Həmçinin, zəngin bir vitamin mənbəyi olan ravənd həddindən artıq iş və enerjinin azalması zamanı stresə daha yaxşı davam gətirməyə kömək edir.
Canan Karatay əlavə edib ki, ravənd əsaslı içkilər yüksək təzyiqin qarşısını almaqda faydalıdır. Həmçinin, tərəvəz qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir, həzmə müsbət təsir göstərir və qəbizliyin qarşısını alır.


“Soğanı doğrayın və bir az yağda qızardın. Ravəndin 4-5 sapını kəsin, soğana əlavə edin, zövqə görə duz qatıb, qarışdırın. Ravəndin çox qızarmasını gözləmədən, yumurta vurun və odda bir az daha saxlayın" - deyə mütəxəssis tövsiyə edib.