Türkiyəli məşhur kardioloq Canan Karatay əvvəllər kosmetik məhsullardan daha çox təbii məhsullara üstünlük verdiyini bildirib.
Medicina.az xəbər verir ki, kosmetika sənayesi hər gün yeni məhsullar təklif edir. Lakin Canan Karatay hər kəsi qeyri-təbii məhsullara qarşı xəbərdar edir.
Karatay, dərini mərmər kimi hamar edən və sızanaqları aradan qaldıran bir məhsul tövsiyə edib. O, zeytun yağı sabununu tərifləyib.
Karatay zeytun yağı sabununun dərinin pH balansını qorumaq və sızanaqların qarşısını almaq üçün ən yaxşı seçim olduğunu söyləyib. Karatay zeytun yağı sabununun dərinin təbii yağ balansını qoruduğu və nəmləndirdiyi üçün ən faydalı sabun olduğunu bildirib.
Zeytun yağı sabunundan tez-tez istifadə edən Karatay, onun dəriyə bir çox faydası olduğunu söyləyib. Bu sabun dərini dərindən təmizləyir, nəmləndirir və cavanlaşdırır.
Zeytun yağı sabununun dəri üçün faydaları aşağıdakılardır:
Quru dəri üçün idealdır. Dərinin qurumasının və çatlamasının qarşısını alır. Dərini yumşaldır və canlandırır. Dərini ölü dəri hüceyrələrindən və mikroblardan təmizləyir. Sızanaq əmələ gəlməsini azaldır. Dərini xarici amillərdən qoruyur. Dərini sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Dərini hamar və parlaq edir. Dərinin qocalmasını gecikdirir.
Aygün
Medicina.az