Çənədə hiss olunan ağrı ürəkdən ola bilər - Kardioloq

  • 2022.11.15 16:38
  • 1810 Baxış
Çənədə hiss olunan ağrı ürəkdən ola bilər  - Kardioloq

Çox insanlar bilmir ki, ürək ağrısı təkcə döş qəfəsində olmur.

İnfaktın bir əlaməti də həmin an və ya öncə çənədə hiss olunan ağrıdır.

"Medicina" xəbər verir ki, kardioloq Oleq Varfolomeyev ürəyin işemik xəstəliyinin bəzi əlamətlərini açıqlayıb.

"Ürək üzrə yayılmış xəstəlik işemiyadır. Bu zaman arteriyalar daralır, içində xolesterin, yağ tıxacları toplanır.
Əgər işemik xəstəliyi vaxtında müalicə etməsək, orqanizm üçün dağıdıcı təsir göstərir.

İşemik xəstəlikdə insanı yayındıran simptomlardan biri də çənədə ağrıdır.

Boyunda, çənədə, sinənin boğaz hissəsində, kürəkdə ağrı işemik xəstəliyin simptomu ola bilər.

Damarların aterosklerozu zamanı nəinki ürəkdə, hətta digər bədən hissələrində də qan dövranı pozulur.
Kişi və qadınlarda simptomlar fərqli ola bilər. Adətən işemiya zamanı stenokardiya tutmaları olur.

Məsələn, kişilər dahaçox döş qəfəsində ağrı hiss edir və buna dözmək çətin olur. Qadınlarda ağrı xəfif olur, amma ürəkbulanma, halsızlıq, yorğunluq olur.

Çənə, boyun, bədənin yuxarı hissəsində istənilən ağrı, sancı zamanı birinci ürək yoxlanmalıdır".

Aygün Musayeva