Çimərlikdə uşaqların təhlükəsizliyi – Xüsusi qaydalar

  • 2023.07.06 11:09
  • 1617 Baxış
Çimərlikdə uşaqların təhlükəsizliyi   – Xüsusi qaydalar
İsti yay aylarında dənizə, gölə və ya hovuza getmək, əsasən də uşaqlarınızla düzgün istrahət etmək vacibdir.


“Medicina” xəbər verir ki, həkimlər suyun yaxınlığında istirahət etməyin əsas qaydalarını xatırlatmaqdan yorulmurlar, çünki çimərliklər həmişə risk zonasıdır.


Pediatr Niso Odinayevanın sözlərinə görə, tətilinizdə peşmançılıq yaşamamaq üçün bu qaydalara əməl etmək lazımdır.
Doğru sahil seçin


Suya eniş yerinin yumşaq, böyük daşlar, yosunlardan ibarət tıxaclar olmayan yer seçilməsi vacibdir. Yosunlar uşağın suda hərəkətini məhdudlaşdıra və panikaya səbəb ola bilər. Müxtəlif su heyvanları – məsələn, balıqlar da körpəni qorxuda bilər.


Uşağınız sizdən qolunuzun uzunluğu qədər aralı olmalıdır

Dayaz suda oynasa belə, uşağın suyun yanında istirahət edərkən onu gözdən yayındırmaq qətiyyən yolverilməzdir. Uşaqlar təsadüfən suya girə bilər, onları dalğa yıxa və örtə bilər. Üzgüçülük halqası düzgün seçilməlidir.

Uşaqların böyüklər olmadan, xüsusilə dənizdə və ya güclü cərəyanlı su hövzələrində hava döşəklərindən istifadə etmələrinə icazə verməmək vacibdir: onları sahildən uzaqlara apara bilər. Qollardakı halqalar uşağı suda saxlamaq üçün kifayət qədər yaxşı deyil.

Suya girməmişdən öncə uşağı doyunca yedizdirməyin

Tox mədə ilə üzmək qıcolmalara səbəb ola bilər. Su prosedurlarından iki saat əvvəl yemək lazımdır. Çimərlikdə yüngül qəlyanaltılara və kifayət qədər içkilərə icazə verilir. Həmçinin uşaq çimərkən ağzında saqqız olmamalıdır.

• Su 18 dərəcədən daha soyuq olarsa, üzməyin.
• Uşağınıza çimərlikdə daha çox su verin, bu istilik vurmasından qaçmağa kömək edəcək.
• Tanımadığı yerlərdə suya dalmağa icazə verməyin.
• Suda təhlükəli oyunları qadağan edin

Uşağın bu davranışı xəbərdarlıqdır.

Uşağın sakitləşdiyini və çətinliklə hərəkət etdiyini görsəniz, dərhal onu sudan çıxarın. Çox vaxt suda boğulan insan aktiv ola və səs çıxara bilmir.

Aynurə Məmmədova