Çin daha bir şəhəri koronavirusa görə bağlayır

  • 10 İyn 2022 15:19
  • 583 Baxış
Çin daha bir şəhəri koronavirusa görə   bağlayır
\
Çində Şanxay səlahiyyətliləri əhalini koronavirusa görə kütləvi testdən keçirmək üçün iyunun 11-dən Minhan ərazisində “lokdaun” edir.

Şənbə günündən etibarən iki milyondan çox insan bütün şəhərdə iki aylıq karantin başa çatdıqdan cəmi 11 gün sonra yenidən evdə karantində olacaq.

Səlahiyyətlilər test müddəti başa çatdıqdan sonra “lokdaun”u aradan qaldıracaqlarına söz verirlər.

Şanxayın bəzi əraziləri üçün karantin rejimi martın 28-də tətbiq olunmağa başlayıb və aprelin 1-də bütün şəhər bağlanıb. Martın ortalarından etibarən paytaxt boyu ayrı-ayrı yaşayış məntəqələri karantinə alınıb. İyunun 1-dən Şanxay rəhbərliyi epidemiya əleyhinə tədbirləri yumşaldıb və şəhər sakinlərinin əksəriyyətini ev karantinindən azad edib.