Çində yeni virus yayıldı - 35 yoluxma

  • 2022.08.08 15:13
  • 1668 Baxış
Çində yeni virus yayıldı - 35 yoluxma


Çin və Sinqapur alimləri insan və heyvanlara yoluxa bilən henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər.


Yeni patogen "Lanye" virusu adlandırılıb. Ümumilikdə, ekspertlərin hesablamalarına görə, Şandunq və Henan əyalətlərində 35 nəfər yeni virusa yoluxub.


İnfeksiya zamanı ən çox görünən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və baş ağrısıdır.


Qeyd olunub ki, indiyədək yoluxmuşlar arasında heç bir əlaqə yoxdur. Bu da virusun insandan-insana keçmədən də yayıla bilməsinə imkan verir.


Ümumiyyətlə, patogen "Nipah" virusuna bənzəyir, lakin "Lanye" infeksiyasında hələ ki, ölüm halı qeydə alınmayıb.