Cökə çayının 7 faydası

  • 2025.10.27 08:13
  • 465 Baxış
Cökə çayının  7 faydası

Qış üçün vacib olan cökənin saysız-hesabsız faydaları var.

Medicina.az xəbər verir ki, cökə həm isti içkilərdə, həm də müxtəlif bitki qarışımlarında istifadə olunur.

Əsrlər boyu ənənəvi olaraq içilən bu bitki bu gün də bir çox sağlamlığa dəstək xüsusiyyətləri ilə seçilir.

Bədənə yalnız soyuqdəymənin müalicəsində deyil, həm də stress, yuxu problemləri, həzm və dəri sağlamlığı kimi bir çox faydaları var.

Mütəmadi olaraq içildikdə, gündəlik yorğunluğun aradan qaldırılmasına kömək edər.



1. Yuxarı tənəffüs yollarını dəstəkləyir

Cökə qrip və soyuqdəymə simptomlarını aradan qaldırmağa kömək edir.

Bədəni isidir və tərləmə yolu ilə toksinlərin xaric olmasına kömək edir. Boğazı sakitləşdirir və öskürəyi aradan qaldırır.

2. Həzmi sakitləşdirir

Mədəyə sakitləşdirici təsiri ilə tanınan cökə çayı həzmsizlik və şişkinlik kimi problemləri azaldır.

3. Stres və yorğunluğu azaldır

Sakitləşdirici təsiri ilə cökə zehni rahatlaşdırır. Stress və yorğunluğu azaltmağa kömək edir.



4. Yuxu rejiminə töhvə verir

Yatmazdan əvvəl cökə çayı içmək yuxu keyfiyyətini yaxşılaşdırır və yuxusuzluğu aradan qaldırır. Sakitləşdirici təsiri daha dərin və daha rahat yuxuya səbəb olur.

5. İmmuniteti gücləndirir

Cökə immunitet sistemini vitamin və minerallarla dəstəkləyir.

Mütəmadi istehlak bədəni soyuqdəyməyə və yüngül infeksiyalara qarşı daha davamlı edir.

6. Əzələ və oynaqlara rahatlıq verir

Cökə əzələ və oynaq ağrılarını, xüsusən də menstrual sancıları və ya yüngül baş ağrılarını aradan qaldırmağa kömək edir.

7. Dəri sağlamlığını dəstəkləyir

Cökə dəri sağlamlığına töhfə verir və daha canlı görünüş yaradır.

Mütəmadi istehlak yüngül iltihabı azaldır.

Aygün
Medicina.az