COVID-19 laboratoriyadan sızıb? - ABŞ rəsmisinin cavabı

  • 2023.03.01 11:26
  • 1128 Baxış
COVID-19 laboratoriyadan sızıb? -  ABŞ rəsmisinin cavabı
COVID-19-un laboratoriyadan sızması ilə bağlı suallar hələ də öz cavabını tapmayıb.


Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivana sual verilib.

Sullivan CNN-ə açıqlamasında bu barədə yetərli cavabın olmadığını bildirib.

“Buna əmin olmaq üçün kifayət qədər məlumatım yoxdur”.

O, Co Baydenin dəfələrlə kəşfiyyat bölmələrinə bu problemin kökünə varmaq üçün göstəriş verdiyini qeyd edib. Sullivan məlumat əldə etdikləri təqdirdə onu Konqres və Amerika xalqı ilə paylaşacaqlarını deyib.

Qeyd edək ki, “Wall Street Journal”da "Koronavirus epidemiyasına laboratoriya sızması səbəb olub" başlığı ilə məqalə dərc olunub.